COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək
sizinxeber.az xəbər saytı

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək


COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Daha öncə də verilən məlumata əsasən, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.

Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.

Oxşar xəbərlər

Bakıda COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə monitorinqlər davam etdirilir
COP29-la əlaqədar bəzi küçə və prospektlərdə monitorinqlər aparılacaq
Paytaxtın bəzi küçə və prospektlərində COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək
COP29-a hazırlıqla bağlı yollarda ambulans və yanğınsöndürmə maşınlarının monitorinqi aparılacaq
COP29 ərəfəsində hava limanına gedəcək vətəndaşlar alternativ yollardan istifadə etsinlər - BİRGƏ MÜRACİƏT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle