Braziliya rəsmisi: COP30-a liderliyimiz üçün Azərbaycandan öyrənəcəyimiz çox şey var
sizinxeber.az xəbər saytı

Braziliya rəsmisi: COP30-a liderliyimiz üçün Azərbaycandan öyrənəcəyimiz çox şey var


"Azərbaycanın COP29-a hazırlıqları olduqca yaxşı gedir. Braziliya COP sədrliyində Azərbaycana bütün dəstəyini verir. Bizim COP30-a liderliyimiz üçün Azərbaycandan öyrənəcəyimiz çox şey var".

Bunları "Sizinxeber.az"un ABŞ bürosuna açıqlamasında Braziliyanın İqlim Dəyişikliyi üzrə Milli Katibi Ana Toni deyib.

Ana Toni bildirib ki, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyi altında Azərbaycanın təşəbbüsləri, COP29-dan gözləntilər və bir çox mövzular barəsində ölkəsi ilə aparılan müzakirələri yüksək qiymətləndirir: "COP29 hazırlıqları çərçivəsində Azərbaycanla yaxından işləyirik. "Rio Üçlüyü" təşəbbüsünün təməli 1992-ci ildə qoyulub və bu gün həmin təşəbbüsün yenidən COP-un gündəliyində olması çox sevindicidir. Braziliya bu təşəbbüsü yüksək səviyyədə dəstəkləyir və COP30-da fəaliyyət planımıza əlavə edəcəyik. Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan (COP29) və Braziliya (COP30) COP sədrlikləri üçlüyü çərçivəsində birgə iş birliyi (COP Presidencies Troika) ölkəmlə Azərbaycanın daha yaxından əməkdaşlığa şərait yaratdı. Gördüyünüz kimi mən bu gün COP29-un simvolunun əks olunduğu şalı üzərimdə daşıyıram”.

“Bir necə gün sonra, COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbirdə iştirak etmək üçün ilk dəfə Azərbaycana səfər edəcəyəm, çox həyəcanlıyam. Mənim rəhbərlik etdiyim nümayəndə heyətinin üzvləri bir necə dəfə Bakıda olublar, şəhərin gözəlliyi barəsində mənə məlumat veriblər.

Həmin görüş çərçivəsində əminəm ki, biz COP29-un müzakirələri, təşəbbüsləri, razılaşmaları və layihələri bağlı daha ətraflı məlumatlar əldə edəcəyik", - Ana Toni əlavə edib.

Oxşar xəbərlər

Səfir: "COP29-a Azərbaycanın, COP30-a isə Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya və BƏƏ mədəniyyət nazirləri Azərbaycanın COP29-a hazırlıqlarını yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-də COP “Troika” prezidentliklərinin növbəti yüksək səviyyəli iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər