BMT Baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib
sizinxeber.az xəbər saytı

BMT Baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib


BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd ümumi razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə Azərbaycanın COP29 sədrliyinə minnətdarlığını bildirib.

“Sizinxeber.az” xəbər verir ki, o, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib.

“Mən Azərbaycan hökumətinə, COP29-un sədrliyinə, eləcə də COP28-ə və sədrlər üçlüyünə ümumi razılaşmalara nail olmaq üçün keçdiyimiz bütün çətin yola görə təşəkkür etmək istəyirəm”, - o bildirib.

Oxşar xəbərlər

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək
Markos Neto: COP-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək
Vladanka Andreyeva: BMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər