Markos Neto: COP-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək
sizinxeber.az xəbər saytı

Markos Neto: COP-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək


BMT-nin Baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto (Marcos Athias Neto) COP-da Azərbaycan sədrliyinin yaxşı nəticələr əldə edə biləcəyini söyləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (UNDP) “X” hesabında paylaşım edilib.

M.Neto qeyd edib ki, COP29 maliyyə COP-udur və ilk olaraq yeni ölçülə bilən iqlim maliyyəsi məqsədi ilə razılaşdırılmalıdır:

Onun sözlərinə görə, yaşıl enerjiyə keçid trilyonlarla dollara başa gələcək.

“Bu səbəbdən, noyabrda Bakıda razılaşdırılmalı olan, maliyyə ambisiyalarını təyin edən sistemə ehtiyacımız var. BMT İnkişaf Proqramı olaraq Azərbaycan hökumətinə dəstək olmaq istərdik və bütün beynəlxalq ictimaiyyət hədəfə nail olmaq üçün COP sədrliyinə yardım etməlidir. Bu, çox mühüm məsələdir, əminəm ki, Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək”, - M.Neto əlavə edib.

Oxşar xəbərlər

COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: Azərbaycan beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər