Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir
sizinxeber.az xəbər saytı

Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir


Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.

Baş nazir bildirib ki, tədbirin Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəyinə əmindir:
“Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”.

Oxşar xəbərlər

Baş nazir: Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər