Ramiz Rzayev: İqlim dəyişikliyi dünyamız üçün ciddi bir sınaqdır
sizinxeber.az xəbər saytı

Ramiz Rzayev: İqlim dəyişikliyi dünyamız üçün ciddi bir sınaqdır


İqlim dəyişikliyi dünya üçün ciddi bir sınaqdır.

"Sizinxeber.az" xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib.

O bildirib ki, Azərbaycan Hakimlər İttifaqı ölkədə fəaliyyətdə və təqaüddə olan hakimlərin birliyi olmaqla, əsas məqsədi hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dəstək göstərməkdir:

"Bununla yanaşı, biz hər zaman ölkəmizdə və dünyada baş verən proseslərə hüquq ictimaiyyətinin diqqətini cəlb edir və aktual problemlərin müzakirəsini təşkil edirik. Hər birimizə təəssüf hissi ilə məlumdur ki, iqlim dəyişikliyi dünyamız üçün ciddi bir sınaqdır. Bu dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir".

R.Rzayevin sözlərinə görə, Azərbaycan da iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır.

" Azərbaycan bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bir neçə ay sonra digər tərəfdaş dövlətlərlə birlikdə iqlim dəyişiklikləri naminə tarixi əhəmiyyətli addımların məhz bu şəhərdə atılacağını bilmək hər birimiz üçün fəxredici hadisədir" - deyə sədr bildirib.

Oxşar xəbərlər

Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər