​​​​​​​COP29 Prezidenti: ABŞ-nin Paris sazişindən çıxması beynəlxalq iqlim hərəkatını dayandırmayacaq
sizinxeber.az xəbər saytı

​​​​​​​COP29 Prezidenti: ABŞ-nin Paris sazişindən çıxması beynəlxalq iqlim hərəkatını dayandırmayacaq


Geosiyasi vəziyyət və ABŞ-nin Paris sazişindən çıxması beynəlxalq iqlim hərəkatını dayandırmayacaq.

"Report" xəbər verir ki, bu barədə COP29-un prezidenti Muxtar Babayev “The Astana Times” nəşrinə müsahibəsində bildirib.

"Dünya artıq 2016-2017-ci illərdə bununla üzləşib. Biz bütün ölkələrin qərarlarına hörmət edirik. Bu gün danışıqlar masasında 196 dövlət var. ABŞ mühüm oyunçu, böyük emitent və iqlim layihələrinin maliyyə donorudur. Lakin dünya təkcə bir ölkədən ibarət deyil", - M.Babayev vurğulayıb.

Onun sözlərinə görə, Böyük Britaniya, Çin, Avstraliya və Avropa ölkələri də daxil olmaqla bir çox dövlət iqlim liderliyi mövqelərini gücləndirməyə davam edir. Prioritet, Qlobal Şimal və Qlobal Cənub arasında impulsun qorunması və etimadın dərinləşdirilməsi olmalıdır.

Enerji istehsalçısı olan ölkələrdən danışarkən M.Babayev qeyd edib ki, Azərbaycan və Qazaxıstan kimi ölkələr üçün keçid dövrü yeni imkanlar açır: "Qazaxıstanda artıq alternativ enerji və onun ixracı üzrə layihələr həyata keçirilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29-da Mərkəzi Asiyadan "yaşıl enerji"nin Azərbaycan vasitəsilə dünya bazarına tranziti haqqında saziş imzalayıblar. Bu, şərqdən qərbə böyük enerji dəhlizidir", - o bildirib.

M.Babayevin sözlərinə görə, sentyabrda Tehranda keçiriləcək VII Xəzər sammiti tədbirlərin razılaşdırılması üçün mühüm platforma olacaq.

Oxşar xəbərlər

Tramp ABŞ-nin yenidən Paris İqlim Sazişindən çıxması haqqında fərman imzalayıb
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Muxtar Babayev COP28-in prezidenti ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib
Muxtar Babayev: COP29-da Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb
Muxtar Babayev: COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər