Muxtar Babayev: COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur


Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş karbon bazarları üzrə razılaşmalar “yaşıl keçid”də özəl sektorun iştirakı üçün yeni imkanlar açır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya İqtisadi Forumunun "COP30-a gedən yol" mövzusunda sessiyasında çıxışı zamanı bildirib.

"COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur", - M.Babayev bildirib.

Nazir, həmçinin qeyd edib ki, COP29 komandası iqlim maliyyələşməsini artırmağa kömək edəcək proqram hazırlayıb: "Biz töhfələri 1,3 trilyon ABŞ dollarına qədər artırmaq və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını, özəl sektoru və bütün digər maraqlı tərəfləri iqlim gündəliyinə fəal töhfə verməyə cəlb etmək üçün proqram hazırlamışıq".

O, həmçinin vurğulayıb ki, Azərbaycan COP30 Braziliya komandası ilə sıx əməkdaşlıq etməyi planlaşdırır: "Düşünürəm ki, bu il bizi çox iş gözləyir. Bunlar yeni çağırışlardır, lakin onlar həm də mütləq istifadə etməli olduğumuz yeni imkanlar açır".

M.Babayev əlavə edib ki, iqlim dəyişikliyinin artan təsirləri təkcə inkişaf etməkdə olan ölkələrə deyil, həm də inkişaf etmiş ölkələrə mənfi təsir göstərməkdə davam edir.

Oxşar xəbərlər

Muxtar Babayev: COP29 sədrliyi işini etdirəcək və COP30-a dəstək verəcək
Muxtar Babayev: COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"
Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm
Muxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş görülməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər