Muxtar Babayev: İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil
COP29 Prezidenti Muxtar Babayev iqlim böhranı ilə mübarizəni "puldan məhrum etmək" cəhdlərini "uzaqgörən olmayan yanaşma" adlandırıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bonnda keçirilən BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci sessiyası - SB62 çərçivəsində EFE-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan "1,3 trilyon dollar məbləğində iqlim maliyyəsi hədəfinə çatmaq üçün Bakıdan Belenə yol xəritəsi" üzrə hökumətlər və vətəndaş cəmiyyəti ilə məsləhətləşəcək.
M.Babayev, həmçinin qeyd edib ki, Azərbaycan COP29-un sədri kimi, 30 iyun - 3 iyul tarixlərində İspaniyanın Sevilya şəhərində keçiriləcək İnkişafın Maliyyələşdirilməsi üzrə 4-cü BMT beynəlxalq konfransında (FFD4) təmsil olunacaq.
O xatırladıb ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 konfransında inkişaf etməkdə olan ölkələrə iqlim dəyişiklikləri ilə mübarizədə kömək etmək üçün illik 300 milyard dollar məbləğində iqlim maliyyələşdirilməsi barədə tarixi qərar qəbul edilib.
"Lakin öz töhfələrini gücləndirmək əvəzinə donorlar artıq geri çəkilməyə başlayıblar. Bütün dünyada iqlim büdcəsinin azalması qeydə alınıb. Azərbaycan iqlim maliyyələşdirilməsi uğrunda mübarizə aparmaq üçün Sevilya konfransında iştirak edəcək", - M.Babayev bildirib.
Gülnar Mahmudova
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan iqlim maliyyələşməsinin həcmini artırmaq üçün əməkdaşlığa hazırdır
Muxtar Babayev COP30-un prezidenti ilə iqlim maliyyəsinin həcminin artırılmasını müzakirə edib
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Muxtar Babayev: İqlim dəyişikliyi dünya üçün ən böyük təhdidlərdən biridir
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













