Yeni ABŞ-İran gərginliyi fonunda birjalarda əsas indekslər enib
Qlobal fond bazarlarında son sutkada əsas indekslərdə azalma müşahidə edilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 0,63% azalaraq 49 596,97 bənd, “S&P 500” indeksi 0,38% azalaraq 7 337,11 bənd, “Nasdaq” indeksi isə 0,13% azalaraq 25 806,20 bənd olub.
Avropada isə “FTSE 100” indeksi 1,55% azalaraq 10 276,95 bənd, Almaniyanın “DAX” indeksi 1,02% azalaraq 24 663,61 bənd, Fransanın “CAC 40” indeksi isə 1,17% azalaraq 8 202,08 bənd təşkil edib.
Asiya bazarlarında da mənfi dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 0,74%, Honq Konqun “Hang Seng” indeksi 1,19%, Çinin “CSI 300” indeksi isə 0,90% azalıb.
Analitiklərə görə, fond bazarlarında enişə ABŞ və İran arasında gərginliyin yenidən artması təsir edib. Hörmüz boğazı ətrafında tərəflər arasında qarşılıqlı hücumların baş verməsi investorların risk iştahına mənfi təsir edib. Bununla yanaşı, faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ilə bağlı narahatlıqlar və qlobal iqtisadi artım tempinin zəifləyəcəyi gözləntiləri də bazarlara təzyiq göstərib.
Oxşar xəbərlər
Qlobal fond bazarlarında kəskin eniş müşahidə edilir - İNDEKSLƏR
ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər
Dünya bazarlarının əsas indeks göstəriciləri
FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər
Fond bazarlarında eniş müşahidə edilir - Birjada son durum
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
