Çin maşınlarına maraq niyə azalıb? - Ekspert
Ölkəmizdə 4 il ərzində hibrid və elektromobillərin rüsumdan azad olunması həm sahibkarlar, həm də vətəndaşlar üçün əlverişli şərait yaratdı. Bu dövrdə həm də Çindən çoxlu sayda avtomobil idxal edildi və bazarda təklif tələbi üstələdi. Sonradan güzəştlər başa çatdı, qanunvericilik dəyişdi və idxal əvvəlki qədər sərfəli olmadı. Hazırda bazarda Çin istehsalı avtomobillər kifayət qədərdir. Marağın azaldığını deməzdim – hər avtomobilin öz alıcısı var. Burada əsas rol qiymət və seqmentə aiddir.
Bu sözləri Sizinxeber.Az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarında son tendensiyalar haqqında danışarkən deyib.
Ekspert bildirib ki, statistikaya görə, Çindən idxal olunan avtomobillərin sayında əvvəlki illərlə müqayisədə fərq var:
“Yaponiya istehsalı avtomobillər isə ölkədə populyarlığını qoruyur. Bu, əsasən rəsmi diler şəbəkəsi, servis və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlıdır. “Toyota”, “Mazda” və “Nissan” etibarlılığı ilə seçilir və ikinci əl bazarında dəyərini daha az itirir.
Çin avtomobillərində qiymət artımı əsasən yeni idxal olunan modellərdə müşahidə olunur, 2024–2025-ci illərdə gətirilənlər isə hazırda daha münasib qiymətə təklif edilir.
Çin markaları Azərbaycan bazarında dominant deyil. Bazar müxtəlif markalar arasında bölünüb və hər birinin öz payı var”.
Oxşar xəbərlər
Gələn ay bu avtomobillər kəskin bahalaşacaq
Tanınmış avtomobil brendlərinin Çin variantlarına etibar etmək olarmı?
Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər
Azərbaycanın avtomobil bazarında Çin bumu - rəqib markalar dözə biləcəkmi? - ARAŞDIRMA
Azərbaycanda rəsmi avtodilerlərin adından verilən zəmanət etibarlıdırmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
