Yer kürəsində güclü maqnit qasırğası baş verib
Uzun müddətdir davam edən maqnit qasırğası Yer kürəsini hələ də tərk etmir. Alimlər proqnozlaşdırırlar ki, bu vəziyyət həftənin sonuna qədər davam edəcək.
Sizinxeber.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin proqnozuna görə, geomaqnit qasırğasının pik nöqtəsi axşam saatlarında olub. Onun ümumi təsiri isə sutka ərzində hiss olunacaq. Geomaqnit qeyri-sabitliyi insanların sağlamlığına mənfi təsir göstərə bilər. Belə ki, baş ağrısı, təzyiqin dəyişməsi, başgicəllənmə, ürək döyüntülərinin artması və nəfəs almaqda çətinlik yarana bilər.
Yuxu pozuntuları və təbii bioritmlərin dəyişməsi mümkündür ki, bu da yuxusuzluq, oynaqlarda ağrılar və narahatlıq yarada bilər. Mütəxəssislər xroniki xəstəlikləri olan insanlara sağlamlıqlarına xüsusi diqqət yetirməyi tövsiyə edirlər.
Maqnit qasırğasını rahat keçirmək üçün yuxu rejiminə əməl etmək, fiziki və emosional gərginlikdən uzaq durmaq, daha çox su içmək, vitamin qəbul etmək, həmçinin cihazlardan istifadəni məhdudlaşdırmaq və lazım gəldikdə həkimə müraciət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Yerdə güclü maqnit qasırğası başlayıb
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək - FOTO
Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur
DYP meteohəssas sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












