"Bitki sağlamlığı haqqında” qanun layihəsinin Milli Məclisə təqdim ediləcəyi vaxt məlum olub
“Bitki sağlamlığı haqqında” qanun layihəsinin bu ilin sonuna qədər aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Milli Məclisə təqdim edilməsi gözlənilir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov bildirib.
Onun sözlərinə görə, layihə ilk öncə Nazirlər Kabinetinə və Prezident Adminstrasiyasına təqdim ediləcək, daha sonra Milli Məclisə göndəriləcək.
"Sənəd "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası", eləcə də "Azərbaycan Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası" İctimai Birlikləri ilə birgə ictimai müzakirələrdən keçib. Müzakirələr zamanı bir sıra təkliflər irəli sürülüb və onların nəzərə alınması planlaşdırılır. Məsələn, bitki mühafizə vasitələrinin birbaşa istehsalçılardan alınması təklif edilib. Eyni zamanda, utilizasiya ilə bağlı redaksiya dəyişikliklərinin və təkmilləşdirmələrin aparılması da təkliflər sırasında yer alır. Bununla yanaşı, bitki mühafizə vasitələrinin məsləhətçilərinin yalnız ali təhsilli olması təklif edilir. Bu və digər təkliflər arasında məqsədəuyğun hesab edilənlərin qanun layihəsində əks olunması nəzərdən keçirilir”, - deyə AQTA rəsmisi əlavə edib.
O, əlavə edib ki, yeni qanun layihəsi bitki sağlamlığı sahəsində hərtərəfli yanaşma təklif edir.
Xatırladaq ki, bu qanun qəbul edilsə, Azərbaycan ərazisində bitki sağlamlığının təmin edilməsi məqsədilə həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edəcək, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyəcək. Sənədə əsasən, zərbaycan ərazisində bitki mühafizəsi vasitələrinin istehsalına, idxalına, dövriyyəsinə və istifadəsinə həmin məhsullar dövlət qeydiyyatına alındıqdan sonra icazə veriləcək. Ölkədə dövlət qeydiyyatına alınmamış bitki mühafizə vasitələrinin idxalı, istehsalı, dövriyyəsi və istifadəsi qadağan olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda zərərli orqanizmlərdən azad zonalar yaradılacaq
Azərbaycanda zərərvericilərlə mübarizə aparan fermerlərə dəstək göstəriləcək
AQTA rəsmisi: "Son illərdə pestisid idxalında sistemsizlik müşahidə olunur"
Azərbaycanda aqrokimyəvi maddələrdən istifadə ilə bağlı tələblər qoyulacaq
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












