Nazir: "Aqrar istehsalı və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir"
sizinxeber.az xəbər saytı

Nazir: "Aqrar istehsalı və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir"


Aqrar sahədə gəlirliyin yüksəldilməsi, dayanıqlı satış kanallarının təmin edilməsi, məşğulluğun artırılması üçün digər dəstək tədbirləri ilə yanaşı, aqrar istehsall və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.

"Halal standartları əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır. Kənd təsərrüfatında yüksək məhsuldarlıq və keyfiyyətli məhsul yetişdirmək üçün tarladan süfrəyədək hər bir addıma xüsusi diqqət və innovativ yanaşma tətbiqi zəruridir. Bu baxımdan göstərilən hədəflərə nail olmaqda əsas ağırlıq özəl sektorun üzərinə düşür", - deyə o qeyd edib.

"Azərbaycan halal biznes və turizm forumu iştirakçılara bu sektorda mövcud potensialı və investisiya perspektivlərini dəyərləndirmək, ən yaxşı təcrübələri bölüşmək imkanı yaradır. Ümidvaram ki, bu sahənin inkişafı dövlət-özəl sektor əməkdaşlığını daha da genişləndirəcək, məşğulluğu daha da artıracaq, dayanıqlı iqtisadi inkişafı təmin edəcək, fermer və sahibkarların gəlirlərini artıracaq. Bu gün toplaşdığımız bu platformada hər bir iştirakçının rolu böyükdür və birgə addımlar ataraq, bu vacib məqsədlərə nail ola biləcəyimizə inanıram. Bu istiqamətdə aparılacaq müzakirələrdə və qərarların qəbulunda forum iştirakçılarına uğurlar diləyirəm", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Məcnun Məmmədov: "Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır"
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Azərbaycanda Fermer Qadınların Respublika Platformasının yaradılması təklif edilib
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər