FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək
Aprelin 23-də Gəncədə birinci Beynəlxalq GreenEco forumu keçiriləcək.
"Report" Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) istinadən xəbər verir ki, aktual ekoloji çağırışların müzakirəsinə həsr olunacaq tədbir dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.
"Forumun əsas fəaliyyət istiqamətləri aqrar-sənaye kompleksində süni intellekt texnologiyalarının tətbiqini və kənd təsərrüfatının dayanıqlı inkişaf modellərinin təşviqini nəzərdə tutur.
Forumun panel sessiyalarının əsas mövzuları süni intellektin inkişafı şəraitində "yaşıl iqtisadiyyat" məsələlərini, həmçinin aqrar sahədə "yaşıl iqtisadiyyat"ın perspektivlərini əhatə edir.
Beynəlxalq platforma BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində və müxtəlif dövlətlərdən 15-dən çox nüfuzlu ali təhsil müəssisəsinin iştirakı ilə yaradılıb.
Təşkilatçıların sözlərinə görə, tədbir qabaqcıl dünya təcrübələrinin milli aqrar sektora inteqrasiyasına töhfə verəcək.
Oxşar xəbərlər
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək
Gələn ildən aqrar sərgilər özəl təsərrüfatların ərazilərində də təşkil ediləcək
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
KTN Bakıda keçiriləcək sərgilərdə süni intellektin tətbiqi ilə bağlı bir neçə layihə təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
