Gələn ildən aqrar sərgilər özəl təsərrüfatların ərazilərində də təşkil ediləcək
Gələn ildən aqrar sərgilər yalnız Ekspo Mərkəzdə deyil, həm də özəl təsərrüfatların ərazilərində təşkil ediləcək.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri çərçivəsində keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, gələn ildən kənd təsərrüfatı sərgisi artıq yeni formatda təşkil olunacaq: “Sərgilər “Agro Week” – yəni Kənd Təsərrüfatı Həftəsi çərçivəsində keçiriləcək. Bu da fermerlərimizə, təsərrüfat sahiblərinə, təchizatçı şirkətlərə daha çox əlaqələr qurmağa imkanı verəcək. Həmçinin, tədbirin keçirildiyi məkanlar da maraqlı olacaq".
A. Cəfərov bildirib ki, bu gün həmçinin Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində süni intellektin aqrar sahədə tətbiqi ilə bağlı geniş müzakirələr aparılacaq.
Oxşar xəbərlər
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
Bakıda keçirilən kənd təsərrüfatı və qida sənayesi sərgilərinin formatı gələn ildən dəyişdiriləcək
Bakıda növbəti "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri olacaq
KTN Bakıda keçiriləcək sərgilərdə süni intellektin tətbiqi ilə bağlı bir neçə layihə təqdim edəcək
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
