Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək


Şuşada bu ilin iyulun 2-də İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçiriləcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.

Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində “biznes-dövlət” (B2G), “biznes-biznes” (B2B) formatlarında görüşlər təşkil ediləcək.

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Azərbaycanda Mərkəzi Baltik biznes forumu keçiriləcək
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
Naxçıvanda Türk Biznes Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər