Cəlilabadın Alar kəndində su qıtlığı yaranıb, ADSEA suyun növbə ilə verildiyini bildirib
Cəlilabad rayonunun Alar kənd sakinləri son vaxtlar ciddi su problemi ilə üzləşiblər.
Onların "Sizinxeber.az"un Muğan bürosuna verdikləri məlumata görə, kənd ərazisindən keçən İncəçaya suyun müntəzəm buraxılmaması əhalinin həm əkinçilik, həm də maldarlıq fəaliyyətinə mənfi təsir göstərir.
Sakinlər qeyd ediblər ki, çaya gələn suyun qarşısı tez-tez kəsilir və kanal vasitəsilə başqa istiqamətlərə yönləndirilir. Nəticədə kənd ərazisində su qıtlığı yaranır. Halbuki İncəçay kənd ətrafındakı əkin sahələrinin suvarılmasında, eləcə də mal-qaranın su ilə təmin olunmasında mühüm rol oynayır.
Onlar problemin hər il məhz bu ərəfədə yaşandığını da vurğulayıblar.
Problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Dilqəm Şərifov bildirib ki, qeyd olunan əraziyə suyun verilişi növbə prinsipinə əsaslanır:
"Hazırda İncəçaya su verilir. Həm də eyni kanala suyun mütəmadi verilməsi mümkün deyil. Suvarma işləri növbə prinsipi ilə aparılır".
Oxşar xəbərlər
Cəlilabadda içməli suyun verilişi bərpa olunub
Cəlilabadda 3 gündür ki, içməli suyun verilişində problem yaranıb
Bakının bir rayonunda suyun verilməsində fasilə yaranacaq
Araz çayında suyun səviyyəsi 1 metr azalıb
Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
