Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa edilib  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
avq
2025
20:00

Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa edilib 

14 avq, 2025
20:00
727

Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa edilib 

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, artıq təsərrüfata əvvəlki qaydada su verilir.

Sözügedən ovçuluq təsərrüfatında iki gün ərzində su səviyyəsinin əvvəlki vəziyyətdə olacağı gözlənilir.

Xatırladaq ki, avqustun 12-də Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb. Kütləvi tələfata səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nəticədə Mahmudçala Ovçuluq Təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verib.

Bizimlə əlaqə saxlayın