Bakıda "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfrans keçirilib
Bakıda "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfrans və sərgi baş tutub.
Bu barədə "APA-Economics"ə Dövlət Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, konfransda dövlət və özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər iştirak ediblər.
Tədbirdə bildirilib ki, ölkənin kənd təsərrüfatında mühüm rola malik olan buğda istehsalı ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində dövlətin atdığı addımların əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, ölkənin dövlət ehtiyatlarının yaradılması, idarə edilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər icra edilir.
Oxşar xəbərlər
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib
Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir
Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













