Tuadera üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürüb
Mərkəzi Afrika Respublikasının hakim partiyası Birləşmiş Ürəklər Hərəkatı (MCU) konqresdən sonra prezident Fosten-Arkanj Tuaderanı üçüncü müddətə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb.
Sizinxeber.az xəbər verir ki, bu haqda RFI radiostansiyası məlumat yayıb.
"Mərkəzi Afrika Respublikasında prezident Fosten-Arkanj Tuadera Bangidə təşkil edilən daha iki günlük konqresdən sonra hakim partiya Birləşmiş Ürəklər Hərəkatı tərəfindən dekabrda keçiriləcək prezident seçkilərində rəsmi olaraq namizəd kimi irəli sürüldü", - məlumatda deyilir.
Qeyd edək ki, prezident 2023-cü il avqustun sonunda ölkənin yeni konstitusiyasının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb və bu, dövlət başçısının yenidən seçilməsi ilə bağlı məhdudiyyətləri ləğv edib.
Tuadera 2016-cı ildə birinci, 2020-ci ildə isə ikinci dəfə prezident seçilib.
Oxşar xəbərlər
Moldovanın hakim partiyası ölkə prezidentliyinə Sandunun namizədliyini irəli sürəcək
Partiya sözçüsü Ərdoğanın yenidən Prezidentliyə namizədliyini irəli sürəcəyinə dair açıqlamasını şərh edib
Tramp ABŞ Ordusunun Mərkəzi və Afrika Komandanlıqlarının rəhbərlərini dəyişir
Lukaşenko prezident seçkilərində namizəd kimi qeydə alınıb
Əlcəzairdə prezident seçkiləri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








