Ellen Maduhu: Afrika BMT Təhlükəsizlik Şurasında daimi yerlərə malik olmalıdır
Afrika BMT Təhlükəsizlik Şurasında daimi yerlərə, həmçinin Beynəlxalq Valyuta Fondunda və Dünya Bankında daha əhəmiyyətli səs hüququna malik olmalıdır.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Tanzaniyanın Xarici İşlər və Şərqi Afrika Əməkdaşlığı Nazirliyinin Departament direktoru Ellen Maduhu Bakıda "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda keçirilən konfransda bəyan edib.
Onun sözlərinə görə, Afrikanın qlobal rolu yalnız qitənin təbii ehtiyatları ilə deyil, həm də iqtisadi inteqrasiya, sənaye əməkdaşlığı və institusional birlik səviyyəsi ilə müəyyən olunacaq.
"Biz Afrika Qitəsi Azad Ticarət Zonasının inkişafını sürətləndirməli və müstəmləkə dövrünün ticarət qaydalarından imtina etməliyik. Afrikanın qlobal ticarətdə çoxmilyonluq vahid bazar kimi çıxış edə bilməsi üçün qitəyə standartlaşdırılmış gömrük qaydalarına malik vahid bazar lazımdır", - Maduhu vurğulayıb.
O qeyd edib ki, Afrika xammal resurslarının ixracından qitə daxilində onların emalına keçməlidir. Xüsusilə söhbət litium, nikel və kobaltın emalı müəssisələrinin yaradılmasından, həmçinin akkumulyator sənayesinin inkişafından gedir.
Tanzaniya nümayəndəsinin sözlərinə görə, infrastrukturun və energetikanın inkişafı, o cümlədən qaz, hidro və günəş enerjisi layihələri də mühüm istiqamət olaraq qalır.
O vurğulayıb ki, qitə ölkələri dünya dövlətləri, o cümlədən ABŞ, Avropa İttifaqı, Çin və Rusiya ilə münasibətləri ilk növbədə, Afrikanın milli maraqlarına və Cənub-Cənub tərəfdaşlıq prinsiplərinə əsaslanaraq qurmaq niyyətindədirlər.
Oxşar xəbərlər
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var
Mnqomezulu: Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi Afrikanın inkişafına töhfə verə bilər
Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb
Mahmud Əli Yusuf: Afrika beynəlxalq arenada mövqelərini möhkəmləndirir
Zəkiyə İğil: Afrikanı yardım alan tərəf kimi deyil, strateji tərəfdaş kimi qəbul etmək lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
-
Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Rusiyadan zərbə: Səfirin iqamətgahına ziyan dəydi
