Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
12:30

Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb

22 may, 2025
12:30
814

Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb

Son illər ərzində Azərbaycan miqrasiya idarəetməsinin modelini hazırlaya bilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov MDB ölkələrinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri ilə miqrasiyanın tənzimlənməsi sahəsində birgə fəaliyyətdə maraqlıdır.

"Dövlət tərəfdaşları və beynəlxalq təşkilatlarla müzakirələr qanuni miqrasiyanın təşviqinə, onun potensialından səmərəli istifadəyə və bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək edir. Məhz bu tədbirlər sayəsində ölkəmiz Cənub-Şərqi, Şərqi Avropa və Mərkəzi Asiya regionunda miqrasiya üzrə qlobal müqavilənin səmərəli həyata keçirilməsi üçün BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən pionyer ölkə kimi müəyyən edilən ilk ölkə olub", - o bildirib.

V.Hüseynov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda miqrasiya sahəsində yeni reallıqlar yaradıb: "Lakin azad edilmiş ərazilərdə mina problemi bu məsələnin həllində əsas maneələrdən biri olaraq qalır. Azərbaycan bu gün minalarla ən çox çirklənmiş ölkələrdən biridir".

Bizimlə əlaqə saxlayın