Azərbaycanın Dominikandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
avq
2025
08:50

Azərbaycanın Dominikandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

21 avq, 2025
08:50
354

Azərbaycanın Dominikandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev avqustun 20-də etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Dominikan Respublikasındakı səfirliyi məlumat yayıb.

Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın