Türkiyənin vitse-prezidenti: Azərbaycanla Ermənistan sülhün təmini istiqamətində ciddi irəliləyiş əldə edib
sizinxeber.az xəbər saytı

Türkiyənin vitse-prezidenti: Azərbaycanla Ermənistan sülhün təmini istiqamətində ciddi irəliləyiş əldə edib


Türkiyə Cənubi Qafqazda sülhün təmin olunmasının tərəfdarıdır. Artıq Azərbaycan və Ermənistan bu istiqamətdə ciddi irəliləyiş əldə ediblər.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

"Biz artıq iki ölkə arasında sülhə çox az qaldığını deyə bilərik. Cənubi Qafqaz sülhün bərqərar olması ilə strateji əhəmiyyəti çox yüksək olan bir bölgə kimi regional və qlobal səviyyədə fərqli rol oynayacaq. Xüsusilə Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması tranzitin inkafına gətirib çıxaracaq. Ümumilikdə, regionda balans vəziyyətinin yaranması və bütün bunlarla birlikdə həm daha çox təhlükəsizlik, həm də daha çox rifah olacaq", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir
Cevdet Yılmaz: Türkiyə sülhün təmin olunması üçün hər cür töhfəni verməyə hazırdır
Cevdet Yılmaz: Türkiyə Ukraynda sülhün təmin olunması üçün hər cür töhfəni verməyə hazırdır
Cevdet Yılmaz: Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik
Cevdet Yılmaz: Türkiyə beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər