Abderrahman Mussa: Gənclər qərar qəbuletmə prosesinə daha fəal cəlb edilməlidir
Dünyada ədalətli və suveren postkolonial gələcəyin qurulması üçün gənclərə etimad göstərilməsi, onlara investisiya qoyulması, eləcə də gənclərin qərar qəbuletmə və inkişaf proseslərinə cəlb edilməsi zəruridir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Çad Xarici İşlər Nazirliyinin attaşesi Abderrahman Mussa Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda beynəlxalq forumda bəyan edib.
"Gənclər bu günün liderləridir. Onları artıq "gözləmə rejimində" saxlamaq olmaz, onlar qərarların qəbulu, yaradıcılıq və transformasiya proseslərinə tam şəkildə cəlb edilməlidirlər. Postkolonial kontekstdə gənclərin rolunun gücləndirilməsi onlara inamın bərpasından - öz kimliyinə və öz mədəniyyətinə inamdan başlamalıdır", - o qeyd edib.
Attaşenin sözlərinə görə, yerli alimləri və mütəxəssisləri dəstəkləyən inklüziv təhsilə böyük məbləğdə investisiyalar yatırmaq, həmçinin gənclərin siyasi və iqtisadi qərarlarda fəal iştirak edə biləcəyi platformalar yaratmaq lazımdır.
Bundan başqa, diplomat təcrübə mübadiləsi mexanizmlərinin inkişaf etdirilməsinə, müxtəlif kontekstlərə uyğunlaşdırılmış həllərin birgə işlənib hazırlanması məqsədilə Qlobal Cənub ölkələri arasında tərəfdaşlığın təşviq edilməsinə çağırış edib.
Oxşar xəbərlər
Njumba Nyamsi Erik: Bakı Təşəbbüs Qrupu Afrika gənclərinin imkanlarını genişləndirə bilər
Sinqh: Gənclər postkolonial reallıqların formalaşmasında fəal iştirak edir
Bakıda gənclərin postkolonial dövrdə roluna həsr olunmuş beynəlxalq forum keçirilir
İndira Hacıyeva: Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranışına diqqət yetirilməlidir
Leyla Həsənova: Azərbaycan BMT ilə birlikdə gənclərin “yaşıl gündəm”də fəal iştirakına çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
