Leyla Həsənova: Azərbaycan BMT ilə birlikdə gənclərin “yaşıl gündəm”də fəal iştirakına çalışır
sizinxeber.az xəbər saytı

Leyla Həsənova: Azərbaycan BMT ilə birlikdə gənclərin “yaşıl gündəm”də fəal iştirakına çalışır


Azərbaycan gəncləri “yaşıl gündəm” proseslərinə və iqlim dəyişikliyi problemlərinin həllinə fəal şəkildə cəlb etmək üçün BMT-nin İnkişaf Proqramı (UNDP) və Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq edir.

Bu barədə “Sizinxeber.az”a açıqlamasında COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova deyib.

O, gənclərin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində mühüm rol oynadığını və Azərbaycanın məhz buna görə onları bu prosesə fəal şəkildə cəlb etməyə çalışdığını vurğulayıb.

L.Həsənova qeyd edib ki, gənclər region üçün yeni olan bu istiqamətə maraq göstərirlər.

“Yaşıl təşəbbüs” və iqlim dəyişmələri bütövlükdə regionumuz üçün yeni kontekstdir və hazırlıq intensiv şəkildə gedir. Gənclərin müzakirələrdə iştiraka can atması və iqlim dəyişmələri və onun fəsadlarının aradan qaldırılması ilə bağlı diskussiyaların mərkəzində olmaq istəməsi sevindirici haldır. Bu, həm COP29-un sədri kimi bizim, həm də ölkə və bütün region üçün vacibdir”, - o, sonda bildirib.

Oxşar xəbərlər

Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Həsənova: Gələn il “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə daha çox proqram nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Həsənova: İqlim dəyişikliyi üzrə gündəliyi formalaşdırmağa başlayırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi" layihəsinin açılış mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər