Azərbaycan və Qazaxıstan XİN-ləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Qazaxıstanın Xarici İşlər Nazirliyinin (XİN) aparat rəhbəri Amangeldi Sainov iki ölkənin Xarici İşlər Nazirlikləri (XİN) arasında qarşılıqlı fəaliyyətin inkişafı məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.
Bakıda keçirilən danışıqlarda, həmçinin kadr və maliyyə siyasətinə, daşınmaz əmlakın idarə edilməsinə və informasiya təhlükəsizliyinə nəzarət edən aidiyyəti sahələrin rəhbərləri də iştirak ediblər.
Görüş zamanı tərəflər müasir şəraitdə diplomatik xidmətlərin rolu və milli maraqların səmərəli şəkildə irəli çəkilməsi üçün onların daha da təkmilləşdirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Qazaxıstan və Azərbaycanın XİN-lərinin kadr siyasəti məsələlərinə, o cümlədən diplomatların seçimi prosedurlarının və onların peşəkar hazırlığının yaxşılaşdırılması üzrə yanaşmalara xüsusi diqqət yetirilib.
"Tərəflər, həmçinin diplomatik nümayəndəliklərin fəaliyyətinin maliyyə təminatı və büdcə planlaşdırılmasının əsas aspektlərini, eləcə də diplomatik xidmət əməkdaşlarının mövcud təşviqetmə mexanizmlərini müzakirə ediblər. Səfərin yekunlarına əsasən, tərəflərin əməkdaşlığın daha da dərinləşdirilməsində, müntəzəm təcrübə mübadiləsində və XİN xətti ilə birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı marağı təsdiqlənib", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Xələf Xələfov və Murat Nurtleu Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığı müzakirə ediblər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Qırğızıstanla Qazaxıstan arasındakı müttəfiqlik əlaqələri müzakirə olunub
Azərbaycan və Qazaxıstanın XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
