Qırğızıstanla Qazaxıstan arasındakı müttəfiqlik əlaqələri müzakirə olunub
Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında Astanada görüş keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər siyasi dialoqun möhkəmlənməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin genişlənməsi ilə səciyyələnən ikitərəfli əməkdaşlığın yüksək dinamikasını diqqətə çatdırıblar.
Nurtleu vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Qazaxıstan və Qırğızıstan arasındakı münasibətlər qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə yüksəlib.
"Qazaxıstan qarşılıqlı hörmət, etimad və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qardaş Qırğızıstanla müttəfiqlik əlaqələrinin hərtərəfli dərinləşdirilməsinə qətiyyətlə sadiqdir", - Nurtleu bildirib.
Oxşar xəbərlər
Xələf Xələfov və Murat Nurtleu Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığı müzakirə ediblər
Qırğızıstan və Qazaxıstan XİN başçıları münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcəklər
Qazaxıstan ATƏT ölkələrini BMT-nin Regional İqlim Sammitinə dəvət edib
"Mərkəzi Asiya - Çin" formatında XİN başçılarının görüşləri müntəzəm olacaq
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











