Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Nyu-York meri Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Mer Zohran Kvame Məmdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər. Biz sizin təxribat xarakterli bəyanatınızı rədd edirik", - Hacızadə yazıb.
Onun sözlərinə görə, bu cür açıqlamalar regionun tarixi və reallıqlarının anlaşılmadığını göstərir və faktları siyasi narrativlərin xeyrinə təhrif edir.
Hacızadə vurğulayıb ki, 2020-ci ildə Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisi hüdudlarında, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib.
XİN rəsmisi əlavə edib ki, 2023-cü ilin antiterror tədbirləri otuzillik qanunsuz işğaldan sonra konstitusiya quruluşunun bərpa olunması ilə nəticələnib:
"Qovulma" barədə iddialar erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik zəmanətlərinin təklif edildiyi faktını gözardı edir.
Seçilmiş vəzifəli şəxsin işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qətlləri, eləcə də mədəni və dini irsin dağıdılmasını gözardı edərək birtərəfli narrativləri təşviq etməsi xüsusi narahatlıq doğurur. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir".
Oxşar xəbərlər
Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib
Ayxan Hacızadə 27 ölkədən olan diplomatları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırıb
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
