İƏT-in Baş katibi: Azərbaycan region üçün istiqamətverici rol oynayır
Azərbaycan region üçün istiqamətverici rol oynayır.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan bildirib.
Onun sözlərinə görə, dünya, təəssüf ki, iqlim dəyişikliyi və ətraf mühit problemləri ilə üz-üzədir – səhralaşma, torpaqların deqradasiyası, daşqınlar, quraqlıq və digər problemlər – bu kontekstdə Azərbaycanın COP prosesinə rəhbərlik etməsi və bu sahədə formalaşan təcrübəni region ölkələri ilə bölüşməsi İƏT üçün böyük əhəmiyyət kəsb edir: "Bu baxımdan, biz Azərbaycanın bundan sonrakı roluna da böyük ümid bəsləyirik və onun region üçün istiqamətverici rol oynayacağına inanırıq".
Baş katib qeyd edib ki, Azərbaycan İƏT çərçivəsində çox fəal və töhfə verən dövlətlərdən biridir: "Təşkilatın son – 17-ci Zirvə Toplantısı Azərbaycanda keçirildi. Bu, tarixi zirvə idi, çünki biz İƏT institutlarının bütün ailəsini bir araya gətirə bildik və eyni zamanda, rəhbərlikdən mühüm istiqamətləndirici tövsiyələr aldıq".
İƏT Baş katibi əlavə edib ki, regionda mövcud olan çətinliklərə baxmayaraq, üzv dövlətlər 29 aprel tarixində Şuşa şəhərində keçiriləcək İƏT Turizm Nazirlərinin iclasını səbirsizliklə gözləyir: "Mən də şəxsən bu tədbirdə iştirak edəcəyəm. Bu görüş xüsusilə əhəmiyyətlidir, çünki Şuşa şəhəri rəsmi olaraq 2026-cı il üçün İƏT Turizm Paytaxtı elan ediləcək. Eyni zamanda, Azərbaycan Şuşa ilə bağlı tədbirlər təqvimi təqdim edəcək və şəhərin İƏT-in turizm paytaxtı kimi tanıdılması istiqamətində geniş təşviqat aparacaq".
Ə.M.Xan əlavə edib ki, Azərbaycan İƏT çərçivəsində turizm sahəsində də fəal rol oynayır. Xüsusilə, İƏT İpək Yolu turizm layihəsi təşəbbüsü bu baxımdan diqqətəlayiqdir.
Oxşar xəbərlər
İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib
ECO-nun Baş katibi: Azərbaycan təşkilatın fəaliyyətinə və regional əməkdaşlığın inkişafına mühüm töhfə verir
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
Gürcü nazir: “COP29 region üçün əhəmiyyətli hadisələrdən biri olub”
Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
