Paşinyan Ter-Petrosyanın katolikosla görüşünə reaksiya verib: Özü kimi fırıldaqçını dəstəkləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginə hökumətlə gərginlik fonunda dəstəyini şərh edib.
“Report” xəbər verir ki, Paşinyan müvafiq paylaşımı öz teleqram kanalında edib.
“Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir”, – o yazıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan II Qareginlə görüşüb və ona dəstəyini ifadə edib, eyni zamanda “Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusion qəsdlərini” pisləyib.
May ayının sonunda Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin (EAK) nümayəndələrinə qarşı kəskin təhqiramiz bəyanatlarla çıxış ediblər.
Oxşar xəbərlər
Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Paşinyan və Makron Tiranada görüşüblər
Paşinyan kilsədən şəffaf iqtisadi fəaliyyət tələb etmək istəyir
İcma: Ter-Petrosyanın çıxışı Ermənistanın siyasi dairələrində dərindən kök salmış irqçiliyi nümayiş etdirir
Paşinyan yenidən II Qaregindən izahat tələb edib: Susmaq razılıq deməkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













