Medinski: Rusiya Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır - YENİLƏNİB
Rusiya 7-9 iyunda Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır.
"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu RF prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna ərazisində Rusiya əsgərlərinin meyitləri ola bilər, lakin onlar daha azdır və Moskva onları qəbul etməyə hazır olacaq.
İyunun 7-8-də Ukrayna və Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş tuta bilər, lakin Kiyev hələ Moskvadan siyahıları almayıb.
“Report” “Liga.net”ə istinadən xıbır verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Rusiya tərəfi razılaşdırılmış 1000 nəfərdən 500 nəfəri bu həftə sonu təhvil verə biləcəyi barədə məlumat verib. Biz müvafiq sayda əsir mübadiləsinə hazırıq", - o bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna hələ Rusiyadan əsirlərin siyahılarını almayıb və bu, "narahatlıq doğurur".
"İstanbuldakı ilkin danışıqlardan fərqli olaraq, bu dəfə biz onların əvvəlcədən təqdim edilməsi barədə razılığa gəldik. Rusiyalılar siyahıların əvvəlcədən təqdim ediləcəyinə əmin etsələr də, hələ heç bir siyahı verilməyib, bu isə yeni gecikmələrdən xəbər verir", - o bildirib.
Oxşar xəbərlər
Zelenski: Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib
Lavrov: Rusiya əsir mübadiləsindən sonra Ukrayna ilə nizamlanma təkliflərini təqdim edəcək
Medinski: Rusiya Ukrayna ilə münaqişənin səbəblərini aradan qaldırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













