sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lavrov: Rusiya əsir mübadiləsindən sonra Ukrayna ilə nizamlanma təkliflərini təqdim edəcək
Rusiya dayanıqlı, uzunmüddətli, hərtərəfli nizamlanma sazişinə nail olmaq üçün şərtləri müəyyən edəcək memorandum layihəsi hazırlayır.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi əsirlərin mübadiləsindən sonra mətni təqdim etməyə hazır olacaq.
“Hərbi əsirlərin mübadiləsi başa çatan kimi Ukrayna tərəfinə Rusiyanın hazırda tamamlamaqda olduğu sənəd layihəsini verməyə hazır olacağıq”, – o deyib.
Xatırladaq ki, əsir mübadiləsi prosesi bir neçə gün davam edəcək. Bu gün Ukrayna və Rusiya 270 hərbçi və 120 mülki şəxs mübadiləsi həyata keçirib.
Oxşar xəbərlər
Lavrov: Rusiya sülh sazişi layihəsini əsirlərin mübadiləsindən sonra təqdim etməyə hazırdır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib
BMT Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsini alqışlayıb
Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb
Rusiya və Ukrayna arasında 205-in 205-ə formulu ilə əsir mübadiləsi həyata keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






