İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib
sizinxeber.az xəbər saytı

İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib


Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

"Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub", - qurumdan bildirilib.

Nazirlikdən qeyd ediblər ki, əlavə məlumata malik deyillər, çünki dövlət reysləri üçün icazələri Ermənistan Xarici İşlər Nazirliyi verir.

Daha əvvəl bildirilmişdi ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.

Oxşar xəbərlər

“Air Astana” Novruz bayramında Almatı-Bakı marşrutu üzrə əlavə reys həyata keçirəcək
Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur
AZAL Naxçıvan aeoportundakı sıxlığa görə Bakıya reyslərin sayını artırıb
AZAL maydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır
Tehrandan Mahaçqalaya "Şimal-Cənub" dəhlizi ilə ilk çarter reysi həyata keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər