Rusiya XİN: İstanbul Ukrayna ilə danışıqlar platformamız olaraq qalacaq
sizinxeber.az xəbər saytı

Rusiya XİN: İstanbul Ukrayna ilə danışıqlar platformamız olaraq qalacaq


İstanbul Rusiya və Ukrayna arasında danışıqlar platforması kimi dəyişdirilməsinə dəyməz.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Vatikanın danışıqların növbəti raundunun keçiriləcəyi məkana çevrilə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"(Rusiya xarici işlər naziri) Sergey Viktoroviç Lavrov bizim nöqteyi-nəzərimizi çox açıq şəkildə ifadə etdi. İstanbul elə bir platformadır ki, orada müəyyən kommunikasiya təcrübəsi artıq toplanıb", - o deyib.

A.Qruşko qeyd edib ki, məsələ platformalarda deyil, mahiyyətdədir. "Ona görə də indi praktiki mənada hansısa yeni platformanın seçilməsi məsələsi müzakirə olunmur. Bu barədə düşünməyə belə dəyməz", - diplomat vurğulayıb.

Oxşar xəbərlər

Lavrov: Ukrayna ilə danışıqların ikinci raundunun tarixi hələ müəyyən edilməyib
Şoyqu: İstanbul Rusiya və Ukrayna arasında danışıqlar üçün əsas platformaya çevrilir
Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır
Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər
Lavrov Ukrayna ilə danışıqlarda yeni raundun tarixinin tezliklə müəyyən ediləcəyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər