Ukrayna Rusiya ilə memorandum imzalaya bilər
Ukrayna münaqişənin nizamlanması üçün Rusiya ilə memorandum imzalaya bilər.
“Sizinxeber.az”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib.
“İkitərəfli formatda müvafiq memorandum ola bilər. Bunun nəticəsində xəritə formalaşa, sonra isə iki tərəf arasında atəşkəs haqqında saziş bağlana bilər”, - deyə o bildirib.
Zelenski əlavə edib ki, gələcək memorandumun təfərrüatları hələlik ona məlum deyil:
“Əgər Rusiya tərəfi memorandum təklif edərsə, bizim tərəfimizdən müvafiq siqnalları aldıqdan sonra biz ruslardan memorandum və ya təkliflər alaraq öz baxışımızı formalaşdıra biləcəyik”.
Onun sözlərinə görə, ABŞ prezidenti bildirib ki, memorandum atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracaq.
Oxşar xəbərlər
Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq
Zelenski: Ukrayna və ABŞ aprelin 17-də yeraltı sərvətlərlə bağlı memorandum imzalaya bilər
Putin: Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür
Zelenski: Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək
Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













