KİV: Ukrayna nümayəndə heyəti İstanbulda yalnız 30 günlük atəşkəsi müzakirə edəcək
sizinxeber.az xəbər saytı

KİV: Ukrayna nümayəndə heyəti İstanbulda yalnız 30 günlük atəşkəsi müzakirə edəcək


Ukrayna nümayəndələri Türkiyədə Rusiya nümayəndə heyəti ilə görüşdə yalnız Kiyev və Qərb ölkələrinin təklif etdiyi 30 günlük atəşkəslə bağlı məsələni müzakirə etməyə hazırdırlar.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

Məlumata görə, Ukrayna rəsmiləri Rusiya nümayəndələri ilə yalnız ilkin şərtlər olmadan 30 günlük atəşkəs rejiminin necə həyata keçiriləcəyini və izləniləcəyini müzakirə etmək üçün görüşə bilərlər.

Qeyd edək ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar günün ikinci yarısında gözlənilir. Bundan əvvəl Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski ayrıca görüş keçirəcəklər.

Oxşar xəbərlər

Ərdoğan və Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan əvvəl görüşəcəklər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ, Avropa və Ukrayna müharibənin dayandırılması üçün 22 maddəlik sənəd hazırlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Nümayəndələrimiz London danışıqlarında atəşkəsi müzakirə etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər