Fəxrəddin Altun: Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı buraxması qərarına münasibət bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında paylaşım edib.
F.Altun qeyd edib ki, separatçı terror təşkilatının silahı buraxmaq və özünü ləğv etmək qərarının açıqlanması, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə aparılan "terrorsuz Türkiyə" prosesinin mühüm bir mərhələni gücləndirərək qət etdiyinin aydın göstəricisi olub.
"Türkiyə 40 ili aşan prosesin sonunda gəlinən bu mərhələyə qədər müxtəlif bədəllər ödəmiş, çətinliklər çəkmiş və ən əsası övladlarını vətən uğrunda şəhid vermişdir. Bu günə görə əməklərin müqayisə edilməyəcək dərəcədə ən böyüyünün sahibi olan əziz şəhidlərimizin hər birini rəhmət və minnətlə anırıq.
Şübhəsiz "terrorsuz Türkiyə" prosesi dünəndən bu günə inkişaf edən qısamüddətli və dayaz bir proses olmadığı kimi, bu gündən sabaha çox sürətli şəkildə sonlanacaq bir proses də deyildir. Türkiyənin və əziz millətimizin terrordan, zorakılıqdan, xaosdan uzaq olduğu; hüzurun, sülhün və sabitliyin hakim qılındığı bir mühitin təsisi üçün Türkiyə Cümhuriyyəti Dövləti bütün biliyi, potensialı və təcrübəsi ilə çalışmağa davam edəcək", - o vurğulayıb.
F.Altun qeyd edib ki, prosesin sağlam və axıcı bir şəkildə irəliləməsi üçün lazımi tədbirlər alınacaq, bütün addımlar həssas və şəffaf bir şəkildə, qətiyyət və diqqətlə atılacaq.
Oxşar xəbərlər
Fəxrəddin Altun: BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
Fəxrəddin Altun: Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır
Fəxrəddin Altun: Türkiyə artıq qlobal güclərin arxa bağçası deyil
Fəxrəddin Altun: Qarabağ Azərbaycan torpağıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













