

Türkiyənin xarici işlər naziri 5 il əvvəl sui-qəsdə məruz qalıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan təxminən 5 il əvvəl onu zəhərləmək cəhdinin olduğunu bildirib.
“Report” xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib.
Onun sözlərinə görə, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri olarkən FETÖ terror təşkilatı onu və ailəsini hədəf alıb:
“FETÖ-çülərin və digər mütəşəkkil cinayət qruplarının mənim və ailəmlə bağlı apardıqları təbliğat yəqin ki, dünyanın heç bir yerində görülməyib. Fiziki olaraq sui-qəsdə məruz qaldım, zəhərləndim, müalicə aldım. Bundan başqa, davamlı xarakterli sui-qəsdlərə məruz qalırıq, amma bu, davanın bir hissəsidir. Əvvəllər bunu deməmişəm. Mənə ağır arsen və civə veriblər. Haradasa olub, sonra da analizlərdə üzə çıxıb. Bu səbəbdən 4-5 il müalicə almışam”.
“Bunu kim edib?” sualın cavabında Hakan Fidan deyib “təkcə ölkə daxilində düşmən yoxdur, düşmən hər yerdədir”.
Qeyd edək ki, H. Fidan 2023-cü ildə Türkiyə diplomatiyasının rəhbəri vəzifəsinə başlayıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, Türkiyənin Milli İstihbarat Təşkilatına rəhbərlik edib.
Oxşar xəbərlər
Hakan Fidan: FETÖ mövcud olduğu bütün ölkələr üçün təhdiddir
Hakan Fidan: Suriyada terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır
Hakan Fidan: Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur
Hakan Fidan: Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək
Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fələstin Prezidenti HƏMAS-ı Qəzza zolağında nəzarətdən imtina etməyə çağırıb
-
İranlı nazir Qriqoryanla Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
-
ABŞ-da tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var
-
Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
-
Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib
-
Vüqar Rəhimzadə: Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı dialoq və əməkdaşlığa verdiyi önəmidir
