Ukraynada hərbiyə yararsız şəxslər orduya cəlb ediləcək
Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri ağır yaralanma və ya xəstəliklərdən sonra hərbi xidmətə yararsız olan hərbçilərin müharibə dövründə xidmətlərinin davam etməsinə icazə verən qərarı dəstəkləyib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi Oksana Korçinska Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Müdafiə Nazirliyi və Baş Qərargah hərbiyə yararsızların da orduda xidmət edə bilməsinə imkan verən qərarı təsdiqləyib:
"Bu kateqoriyadan olanlar da hərbi xidmətə cəlb olunacaqlar. Sülh dövründə də onların işləyə biləcəyi çox geniş siyahılar var. Məsələn, müşayiət, təchizat, təlimatçı xidmətləri və sair. Amma hazırda müharibə gedir. Bu səbəblə indiki qərar hərbi-tibbi komissiya tərəfindən hərbi xidmətə yararsız hesab edilənlərin xidmətlərini davam etdirməsinə imkan verir".
Baş Qərargahın İdarə rəisi Oleksandr Kutyak isə bildirib ki, onların çoxu birbaşa döyüşə cəlb olunmurlar: "Əsasən psixoloq, hüquqşünas və sair kimi hərbi hissələrdə xidmət edə biləcəklər".
Oksana Korçinska deyib ki, hazırda 500-dən çox protezdə olan, yəni əlil hərbçilərimiz xidmətlərini davam etdirirlər. Onlar əsasən təlimatçı kimi xidmətlərini davam etdirirlər.
Oxşar xəbərlər
Xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunan şəxslərin komissiyaya çağırılma yaşı azaldılır
Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əhatə dairəsi genişləndirilir
ABŞ-da gənclərin təxminən 77%-i istisnasız olaraq hərbi xidmətə yararsızdır
Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər

