Türkiyə XİN: Fidan HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməyib
sizinxeber.az xəbər saytı

Türkiyə XİN: Fidan HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməyib


Türkiyə tərəfi Fələstinin HƏMAS hərəkatını atəşkəs məsələlərində güzəştə getməyə məcbur etməyib.

"Sizinxeber.az"un Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Oncu Keçeli jurnalistlərə bildirib.

"İsrail qəzetlərindən birində nazir Hakan Fidan 27 aprel tarixində Dohada HƏMAS nümayəndələri ilə görüşü zamanı HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməsi barədə yer alan iddialar həqiqətə uyğun deyil", - deyə o bildirib.

Əvvəllər məlumat verilmişdi ki, 27 apreldə Fidan Dohada HƏMAS nümayəndələri ilə İsraillə atəşkəs danışıqlarındakı vəziyyəti müzakirə edib. Hərəkat nümayəndələri daimi atəşkəsə can atmağa davam etdiklərini bildiriblər.

Oxşar xəbərlər

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir
KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər
Fidan və Blinken bölgədə artan gərginliyi müzakirə edib
KİV: HƏMAS-ın yeni lideri İsraillə razılaşmanın əldə edilməsində maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər