KİV: Ərdoğan PKK-nın aprelin sonuna qədər özünü buraxacağı barədə məlumatlandırılıb
Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, cari ay ərzində uzunmüddətli kürd probleminin həllində əhəmiyyətli irəliləyişlər ola bilər. Kürdpərəst DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.
"Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb", - məqalədə bildirilib.
Oxşar xəbərlər
Ömər Çelik: Ərdoğanla Əsədin görüşü ilə bağlı qərar hələ verilməyib
Ərdoğan DEM partiyası ilə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesi müzakirə edib - YENİLƏNİB
PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb
Ərdoğan DEM partiyası ilə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesi müzakirə edir
Ərdoğan: Türkiyədə yaşananlar qanunun aliliyinin hakim olduğunun ən konkret göstəricisidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













