Paşinyan: Ermənistanın yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır
Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır.
“Report”un məlumatına görə, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun əksidir. Baş nazir buna əsaslanaraq, o hesab edir ki, yeni Konstitusiyada sənədə istinad olmamalıdır.
Ermənistanın hazırkı konstitusiyasının preambulasında bildirilir ki, onun əsasında 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi durur. Orada həmçinin qeyd edilir ki, "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq tanınmasını dəstəkləyir".
"Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. "Lehinə" və ya "əleyhinə" arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu mənim siyasi mövqeyimdir", - N.Paşinyan jurnalistlərə bildirib.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Sərhəd zonasında üçüncü dövlətin qüvvəsi olmamalıdır
Qərbi Azərbaycan Xronikası: Ermənistan Azərbaycanın əsas tələbini daha tez icra edəcək
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
