Peskov: Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşması üçün dəqiq müddət hələ yoxdur
sizinxeber.az xəbər saytı

Peskov: Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşması üçün dəqiq müddət hələ yoxdur


Rusiya Gürcüstanla münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır, lakin diplomatik əlaqələrin bərpası üçün hər hansı dəqiq müddət yoxdur.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya XİN başçısının müavini Mixail Qaluzinin Rusiyanın Gürcüstanla diplomatik əlaqələri bərpa etməyə hazır olması barədə bəyanatını şərh edərkən deyib.

"Hər hansı dəqiq müddət yoxdur. Lakin Rusiyanın həqiqətən münasibətlərin normallaşması üçün addımlar atmağa hazır olması doğrudur. Biz buna hazır olan və bunu istəyən bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq", - Kremlin nümayəndəsi vurğulayıb.

Oxşar xəbərlər

Peskov: ABŞ-la münasibətlərin yaxşılaşdırılması üçün hələlik heç bir perspektiv yoxdur
Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır
Peskov: Rusiya-ABŞ münasibətlərinin normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır
Peskov: İstanbuldakı Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Ukrayna məsələsi müzakirə olunmur
Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər