Hakan Fidan: Beynəlxalq sistemin yenidən qurulmasına töhfə vermək əzmindəyik
Türkiyənin xarici işlər naziri ölkəsinin ədalətli beynəlxalq sistemin yenidən qurulması məqsədinə töhfə vermək əzmində olduğunu bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün işə başlayan IV Antalya Diplomatiya Forumu ilə bağlı özünün "X" hesabında yazıb.
"Prezidentimizin himayəsi və nazirliyimizin təşkilatçılığı ilə keçirilən IV Antalya Diplomatiya Forumu (ADF2025) bu gün "Bölünmüş Dünyada Diplomatiyanı Qucaqlamaq" ana mövzusu ilə başlayıb. Forum çərçivəsində artan geosiyasi gərginlikdən qlobal bərabərsizliklərə, mülki şəxsləri hədəfə alan hücumlardan texnoloji transformasiyanın yaratdığı qeyri-müəyyənliklərə və iqlim böhranının çoxölçülü təsirlərinə qədər bir çox mühüm məsələ konstruktiv və əhatəli diplomatiya alətləri vasitəsilə həll ediləcək. Parçalanmış dünyamızda diplomatiyanı mənimsəməyə və onu effektiv şəkildə idarə etməyə həmişəkindən daha çox ehtiyacımız var", - o qeyd edib.
Türkiyəli nazir Forumun bütün bəşəriyyət üçün faydalı olacağına ümidini ifadə edib.
Oxşar xəbərlər
Çavuşoğlu: Antalya Diplomatiya Forumu ilə Qlobal Bakı Forumu arasında əməkdaşlığa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Çavuşoğlu: Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Suriyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












