Gürcüstanda Novruz bayramına həsr olunan el şənliyi və idman yarışları keçirilib
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Novruz bayramı münasibətilə el şənliyi və müxtəlif idman yarışları təşkil olunub.
“Sizinxeber.az”un Gürcüstan bürosunun məlumatına görə, tədbir “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.
Bayram tədbirləri səhər saatlarında at yarışları ilə başlayıb və günün sonunda möhtəşəm konsert proqramı ilə yekunlaşıb. Gürcüstanın müxtəlif bölgələrindən gələn idmançılar güləş, kikboksinq, marafon, futbol və voleybol yarışlarında öz güclərini sınayıblar. Marafon yarışında ümumilikdə 150-dən çox həvəskar idmançı iştirak edib.
Qaliblərə kubok, diplom və pul mükafatları təqdim olunub.
Şənlik çərçivəsində yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, iştirakçılar ənənəvi yumurta döyüşdürmə mərasimində iştirak edib, milli mətbəxin ləziz təamları – paxlava, şəkərbura və məşhur Borçalı qatlamasının dadına baxıblar.
Məktəblilər vətənə həsr olunmuş şeirlər səsləndirib, milli geyimli oğlan və qızlar, eləcə də tanınmış musiqiçilər Azərbaycan və gürcü xalq və bəstəkar mahnılarını ifa ediblər.
Tədbirdə azərbaycanlılarla yanaşı Gürcüstan ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Oxşar xəbərlər
Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO
Gürcüstanda azərbaycandilli məktəblərdə Novruz bayramına görə bir günlük istirahət olacaq
Telegraph: Britaniya ordusunun idman yarışları proqramına dron növü daxil ediləcək
FHN-in kişilərdən ibarət voleybol komandası yarışın çempionu olub
Şəmkirdə şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











