Gürcüstanda azərbaycandilli məktəblərdə Novruz bayramına görə bir günlük istirahət olacaq
Gürcüstanda azərbaycandilli təhsil müəssisələri Novruz bayramı ilə əlaqədar martın 21-də istirahət hüququ əldə edəcəklər.
“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən ictimai fəal Aygül İsayevanın müraciətinə cavab olaraq bildirilib.
Qeyd olunub ki, bayramın qeyd olunduğu bələdiyyələrdə fəaliyyət göstərən dövlət və özəl məktəblər müvafiq müraciət əsasında həmin gün istirahət edə bilərlər.
Aygül İsayeva açıqlamasında bir neçə ildir bu məsələ ilə bağlı aidiyyəti üzrə müraciət ünvanladığını və cavab məktubunu məktəb direktorları və təhsil resurs mərkəzləri ilə bölüşdüyünü deyib.
Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Oxşar xəbərlər
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb
Monqolustan UNESCO-nun qeyri-maddi irs siyahısında "Novruz" nominasiyasına qoşulub
Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib
Bu gün Od çərşənbəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
