Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Yeni avtobus reysi açılır - QİYMƏTLƏR » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
fev
2026
11:38
22
6
3 977
ff aaaaaaa

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Yeni avtobus reysi açılır - QİYMƏTLƏR

21 fev, 2026
11:38
3 977

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Yeni avtobus reysi açılır - QİYMƏTLƏR

Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ilk reys 23 fevral tarixində yola düşəcək.

Qeyd edilib ki, reyslər hər gün baş tutacaq. Aralıq məntəqələr isə Xocalı, Xankəndi və Şuşa şəhərləri olacaq.

Avtobuslar hər gün Sumqayıt avtovağzalından Laçına 07:00-da, Laçından Sumqayıt avtovağzalına isə 17:00-da yola düşəcək.

Reys üzrə gedişhaqqı aşağıdakı kimidir:

• Sumqayıt-Laçın: 16,60AZN

• Sumqayıt-Xocalı: 14,30 AZN

• ⁠Sumqayıt-Xankəndi: 14,80 AZN

• ⁠Sumqayıt-Şuşa: 15,20 AZN

Qeyd edilib ki, biletləri yalnız onlayn "biletim.az" portalı və mobil tətbiqi üzərindən əldə etmək olar.

Azərbaycan vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə buraxılış icazəsi sistem tərəfindən avtomatik təqdim olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı-Laçın avtobus reyslərinin də fəaliyyətə başlayacağı bildirilmişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul