Makron Trampa sanksiyaların götürülməsi ilə bağlı müraciət etdi
sizinxeber.az xəbər saytı

Makron Trampa sanksiyaların götürülməsi ilə bağlı müraciət etdi


Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa bir sıra Avropa vətəndaşının üzərindən sanksiyaların götürülməsi xahişi ilə müraciət edib.

Oxu.Az bu barədə "La Tribune Dimanche" qəzetinə istinadən xəbər verir.

Makron daxili bazar məsələləri üzrə keçmiş avrokomissar Tyeri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimi Nikolya Qiyu barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvini xahiş edib.

* ABŞ Avropa İttifaqının keçmiş komissarına qarşı sanksiyalar tətbiq etdi

Qiyu barəsində sanksiyalar BCM-nin İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra tətbiq edilib. Breton isə amerikalılara senzura tətbiq etmək cəhdlərində ittiham olunur.

Oxşar xəbərlər

Makron: “Azərbaycana qarşı sanksiyalar əhəmiyyətsiz olacaq”
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə sanksiyalar tətbiq edib
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir
Tramp Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib - YENİLƏNİB
AP Azərbaycana sanksiyalar tələb etdi - Qətnamə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər